RU

KOB subyektlərinin dövriyyəsi 10 faiz artdı

BAKI, 14 avqust. TELEQRAF

Ötən il Kiçik və Orta Biznes subyektlərinin (KOB) dövriyyəsi təqribən 48 milyard manat təşkil edib.

KOBİA-dan Teleqraf-a verilən məlumata görə, KOB subyektlərinin dövriyyəsi 2023-cü il ilə müqayisədə 10 faiz, sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən KOB-ların sayı isə 14%-ə yaxın artıb.

Hər iki göstərici üzrə artım KOB-ların sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlardan və ölkədəki əlverişli biznes mühitindən səmərəli istifadə edərək davamlı inkişafının və iqtisadiyyatda payının yüksəlməsinin göstəricisidir.

Qeyd edək ki, Azərbaycanda sahibkarların 99%-dən çoxunu KOB subyektləri təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq sahibkarın mikro, kiçik, orta və iri sahibkar olduğu işçilərin orta siyahı sayı və illik gəliri əsasında müəyyən edilir. Mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

Избранный
52
15
teleqraf.com

10Источники