RU

Ukrayna “Lukoyl”a məxsus neft emalı zavoduna hücum etdi

Ukrayna ordusu Rusiyanın Volqoqrad şəhərində Rusiyanın “Lukoyl” neft şirkətinə məxsus neft emalı zavoduna hücum təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Telegram” kanalında məlumat yaylıb.

Bildirilib ki, pilotsuz təyyarələrlə edilən hücum nəticəsində obyektdə böyük yanğınlar baş verib.

Bəyanatda qeyd olunub ki, Volqoqrad neft emalı zavodu ildə 15 milyon tondan çox neft hasil edir ki, bu da Rusiyanın illik neft hasilat gücünün təxminən 5,6 faizinə bərabərdir.

Избранный
23
50
publika.az

10Источники