RU

Masallıda qəzalı körpü sakinlər üçün təhlükə yaradır

BAKI, 14 avqust. TELEQRAF

Masallıda qəzalı körpü sakinlər üçün təhlükə yaradır.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Masallı rayonunun Təklə kəndində Alvadı çayı üzərində yerləşən körpü iki ilə yaxındır qəzalı vəziyyətdədir.

Kənd sakinlərinin sözlərinə görə, dəmir konstruksiyalı körpünün müxtəlif hissələrinin qırılması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Bəzən yüklər əllə körpünün bir tərəfindən digər tərəfinə daşınmalı olur.

Sakinlər bildirirlər ki, körpünün ətrafındakı qoruyucu məhəccərlərin də qırılması piyadalar üçün əlavə təhlükə yaradır.

Onların sözlərinə görə, kimsə körpüdən keçərkən qəfildən məhəccərə tutmaq istədikdə, onun sınıq olması səbəbindən müvazinətini itirərək çaya düşə bilər.

Kəndlilər hesab edirlər ki, körpünün istismarının davam etməsi hər an bədbəxt hadisəyə səbəb ola bilər.

Избранный
87
3
teleqraf.com

3Источники