Türkiyənin Adana vilayətində yaşayış yerlərinə yaxın açıq ərazi yanır.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Çukurova rayonunda qeydə alınıb.
Əraziyə yanğınsöndürənlər cəlb olunub. Bəzi evlərdəki sakinlər təxliyə olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Hadisənin səbəbi məlum deyil.