Sabirabadda mərkəzi bazar ərazisində yanğın baş verib.
Bakues.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun V.Əhmədov küçəsində fəaliyyət göstərən mərkəzi bazarda baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bazar ərazisindəki bəzi tikililər tamamilə yanıb.