RU

FHN: Sabirabadda bazar ərazisində yanğın baş verib

Bakı, 14 avqust, AZƏRTAC

Sabirabadda mərkəzi bazar ərazisində yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə şəhəriin V.Əhmədov küçəsində qeydə alınıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində bazar ərazisində 20 m² sahədə məişət tullantıları, ümumi sahəsi 900 m² olan bir dam altında tikilmiş birmərtəbəli bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 16 m² olan meyvə-tərəvəz mağazasının dam örtüyü və sahəsi 27 m² olan məişət avadanlıqları mağazasının yanar konstruksiyaları, bazara bitişik yerləşən uşaq bağçasının ərazisində 300 m² sahədə quru ot yanıb.

Bitişik obyektlər və uşaq bağçasının binası yanğından mühafizə olunub.

Избранный
42
33
azertag.az

10Источники