Müğənni Rəqsanə İsmayılovanın qızı Yağmurun paylaşımı müzakirə yaradıb.
News365.az xəbər verir ki, Yağmur Xalq artisti Aygün Kazımovanın ifasında tanınan “Hardasan?” mahnısının ilk ifaçısının anası olduğunu bildirib:
“Aygün xanım mahnını anamdan icazə alıb ifa edib. Hər iki versiya da gözəldir”.
İstifadəçilər isə Kazımovanın ifasında mahnının hitə çevrildiyini yazıb.
Onlar Yağmurun bu məsələni gündəmə gətirməsinə irad bildiriblər.