RU

Azərbaycan Prezidentinə göstərilən qlobal dəyər Türkiyə mətbuatında

Türkiyənin tanınmış mətbu orqanlarından olan  “Yeni Gün” qəzetində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin  Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, bu səfər çərçivəsində Azərbaycan diplomatiyasının tarixi uğuru və dövlət başçımızın siyasi iradə və qətiyyəti haqqında yazdığı məqalə dərc olunub.

“Tramp Azərbaycan prezidenti İlham Əliyevi böyük lider kimi tanıtdı” başlıqlı yazı ABŞ-ın 47-ci Prezidenti Donald Trumpın “Siz böyük lidersiniz! Sizə bir hədiyyəm var – bu, Ağ Evin simvolik açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm” sözləri ilə başlayır.

Məqalədə qeyd olunur ki, Donald Trump qısa bir dialoq və ilk görüş zamanı xarizması, diplomatik bacarıqları və dərin fikirləri ilə onu heyran edən Prezident İlham Əliyevi dünya miqyasında böyük lider kimi təqdim edib. ABŞ liderinin nadir hallarda təqdim olunan Ağ Evin simvolik açarını İlham Əliyevə hədiyyə etməsi də onun ən dəyərli qonaqlardan biri olduğunu sübut edir.

Məqalə müəllifi Elçin Babayev vurğulayır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, milli maraqlara əsaslanan çoxtərəfli xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Vaşinqtonda belə yüksək səviyyədə qarşılanması və “böyük lider” adlandırılması onun siyasi nüfuzunun və qlobal rolunun təsdiqidir.

Məqalənin linkini təqdim edirik: https://www.gazeteyenigun.com.tr/makale/25952480/elcin-babayev/trump-cumhurbaskani-ilham-aliyevi-buyuk-lider-olarak-tanitti

Türkiyə nəşrinin saytında məqalənin səsli versiyası da təqdim edilir.

 

XQ

Избранный
16
1
xalqqazeti.az

2Источники