RU

Ukraynadan məlumat: Rusiya “Su-30SM” qırıcısını itirdi

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Su-30SM” qırıcı təyyarəsini itirməsi barədə məlumat yayıb.

Bakupost.az xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin kəşfiyyatı Zmeynıy adasının cənub-şərqində tapşırıqları yerinə yetirən Rusiyaya məxsus “Su-30SM” qırıcı təyyarəsi ilə əlaqənin kəsilməsi ilə bağlı radioməlumatı ələ keçirib.

Təyyarənin naməlum səbəblərdən qəzaya uğradığı bildirilir.

Hazırda Rusiyanın axtarış-xilasetmə əməliyyatı apardığı vurğulanır. Mövcud məlumata görə, dəniz səthində təyyarənin qalıqları aşkar edilib.

Pilotların taleyi ilə bağlı hələlik məlumat yoxdur.

"Cebheinfo.az" 

Избранный
47
6
cebheinfo.az

7Источники