RU

Rusiya gələn ildən Xəzər dənizində kütümün sənaye ovunu qadağan etməyi planlaşdırır

2026-cı il aprelin 1-dən mayın 20-dək Xəzər dənizində və Dağıstan Respublikasının su hövzələrində kütümün sənaye ovunun qadağan edilməsi planlaşdırılır. Dəyişikliklər layihəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanıb.

Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, layihəyə dair izahedici yazıda sənədin Ümumrusiya Balıqçılıq və Okeanoqrafiya Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlandığı qeyd olunur.

Dağıstanda artıq bir neçə ildir ki, qiymətli balıq növü olan kütümün sənaye ehtiyatı və buna uyğun olaraq ovu kəskin şəkildə azalır. Problemin həlli üçün süni artırma üsulundan da istifadə olunur.

Bizim.Media

Избранный
20
14
bizim.media

10Источники