RU

NYT: Ukrayna Rusiyanın ərazi mübadiləsi təklifini gizlətməyə çalışıb...

Zelenski Trampın açıqlamasından sonra məsələni ictimaiyyətə çıxarıb...

Ukrayna Rusiyanın atəşkəs müqabilində ərazi güzəştləri təklifini açıqlamamağa çalışıb.

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti Avropa diplomatı və ukraynalı rəsmiyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Rusiya rəsmiləri bu təklifi 6 avqustda Moskvada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdə amerikalı tərəfə çatdırıb. Ardınca ABŞ tərəfi həm Ukrayna, həm də Avropa nümayəndələrini məlumatlandırıb.

NYT qeyd edir ki, Ukrayna prezidenti Vladimir Zelenski əvvəlcə video-müraciətində bu təklifdən bəhs etməyib. Lakin ABŞ prezidenti Donald Tramp sülh sazişinə “müəyyən ərazi mübadiləsinin” daxil ola biləcəyini dedikdən sonra Zelenskinin məsələni ictimaiyyətə açıqlamaqdan başqa yolu qalmayıb.

Daha əvvəl Donald Tramp Ukraynada münaqişənin həlli üzrə danışıqlar zamanı ərazilərin dəyişdirilməsi imkanını istisna etmədiyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ Ukraynaya itirilmiş ərazilərin bir hissəsini qaytarmağa çalışacaq, lakin razılaşma hər iki tərəfin maraqlarını nəzərə alacaq.

Poliqon.info

Избранный
86
50
poliqon.info

10Источники