RU

Trampın Putinlə görüşdə əsas məqsədi BƏLLİ OLDU

"Sabah Alyaskada ABŞ lideri Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşdə ərazi mübadiləsi ilə bağlı qərar çıxa biləcəyi iddiaları yayılıb. Əslində, bu çox maraqlı bir məqamdır". 

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Rusiya tərəfi görüşdə işğal etdiyi ərazilərin xüsusilə də başda Krım olmaqla özündə qalmasını tələb edəcək:

"Rusiya ərazi ilhaqı hesabına sülh müqaviləsi imzalamaq istəyir. Kremlin hədəfi Ukraynanın neytral qalması, Avropa İttifaqı və NATO-ya üzv olmaması qarşılığında sülhə getməkdir. 

Bəlkə bunun qarşılığında Luqansk və Donetskin yüksək muxtariyyət şərti ilə Ukraynada qalmasına icazə verə bilər. Lakin Krımdan imtina edəcəyini zənn etmirəm. Reallıqla yanaşsaq isə Rusiya Ukraynanın ərazi itkisi hesabına sülhə getməsini arzulayır". 

Ekspertin sözlərinə görə, ABŞ sülhdən daha çox Moskva ilə Kiyev arasında atəşkəs müqaviləsi imzalanmasını istəyir:

"Çünki Tramp münaqişəni dondurmağı, həllini isə post-Putin dövrünə saxlamaq niyyətindədir. Ancaq Putinin sadəcə atəşkəsə razılaşma ehtimalı çox aşağıdır. Tramp istəyir ki, müharibə Putinin dövründə bitsin. Ardınca isə Ukraynanı Putin sonrası dönəm üçün yeni müharibəyə hazırlamağı hədəfləyir".

Politoloq diqqətə çatdırıb ki, Rusiya tarixində hər zaman İosef Stalin və ya Vladimir Putin kimi liderlər hakimiyyətə gəlmir:

"Yəni müqayisə üçün deyə bilərəm ki, orada Andropov, Qorbaçov və Yeltsin kimi adamlar da hakimiyyətə gəlir. Deməli, Ukrayna da Rusiyada Yeltsin kimi birini hakimiyyətə gələnən sonra müharibəyə başlayaraq torpaqlarını geri ala bilər. Üstəlik, o zaman ABŞ də dəstək verər. 

Nəzərə almaq lazımdır ki, ABŞ-nin xarici siyasi kursu 2-3 ilə hesab olan addım deyil. Məsələn, "Tramp yolu"nun icarəsinin 99 illiyinə ABŞ şirkətinə icarəyə verilməsi buna gözəl nümunədir. Görünür, Ağ Ev 99 il sonrasına qədər planlarını qurub".

Turan Rzayev fikirlərini belə yekunlaşdırıb:

"Düşünürəm ki, Donald Trampın Vladimir Putin ilə görüşdə də əsas məqsədi bu olacaq. Əgər Rusiya bunu qəbul etməsə, ABŞ Ukraynaya tam gücü ilə dəstək verəcək və bütün diqqətini ona yönəldəcək. Ona görə bizi çox maraqlı bir görüş gözləyir. Fikrimcə, bu, bu, Rusiya-Ukrayna müharibənin gedişində dönüş nöqtəsi olacaq".

Pərviz

Избранный
32
50
hit.az

10Источники