RU

“Beşiktaş” Konfrans Liqasında pley-offa yüksəldi - NƏTİCƏLƏR

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün 29 oyun keçirilib.

“Sabah”la “Araz-Naxçıvan”ın məğlub olaraq mübarizəni dayandırdığı gündə Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da avrokuboklarla vidalaşıb. Albaniya klubu evdə “Olimpiya”ya məğlub olub.

Əliyev 23-cü dəqiqədə sarı vərəqə aldığı bu qarşılaşmanın 83-cü dəqiqəsində əvəzlənib.

Digər azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” isə pley-offa vəsiqə qazanıb. Bolqarıstan təmsilçisi səfərdə 1:0 hesabıyla yendiyi “Kauno Jalgiris”i evdə də üstələyib – 2:0. Cəlal 90 dəqiqə meydanda olub.

“Beşiktaş” da səfərdə məğlub etdiyi “Sent Patriks”i doğma meydanda da yenərək pley-offa yüksəlib.

Astana (Qazaxıstan) – Lozanna (İsveçrə) 0:2 (1:3)
Ararat (Ermənistan) – Sparta (Praqa, Çexiya) 1:2 (1:4)
Sabah (Azərbaycan) – Levski (Bolqarıstan) 0:2 (0:1)
Levadiya (Estoniya) – Differdanj (Lüksemburq) 1:3 (3:2)
Dyor (Macarıstan) – AİK (İsveç) 2:0 (1:2)
Hammarbü (İsveç) – Rusenborq (Norveç) 0:1 (0:0)
Omoniya (Kipr) – Araz-Naxçıvan (Azərbaycan) 5:0 (4:0)
Paks (Macarıstan) – Polesye (Ukrayna) 2:1 (0:3)
Şerif (Moldova) – Anderlext (Belçika) 1:1 (0:3)
Arda (Bolqarıstan) – Kauno Jalgiris (Litva) 2:0 (1:0)
Beytar (İsrail) – Riqa (Latviya) 3:1 (0:3)
Brondbü (Danimarka) – Vikinqur Reykyavik (İslandiya) 4:0 (0:3)
Vaduts (Lixtenşteyn) – Alkmar (Niderland) 0:1 (0:3)
AEK (Afina, Yunanıstan) – Aris (Kipr) 3:1 (2:2)
Beşiktaş (Türkiyə) – Sent Patriks (İrlandiya) 3:2 (4:1)
Çelye (Sloveniya) – Luqano (İsveçrə) 2:4 (5:0)
Makkabi (Hayfa, İsrail) – Rakov (Polşa) 0:2 (1:0)
Neman (Belarus) – Klaksvik (Farer adaları) 2:0, penaltilər 5:4 (0:2)
Yagelloniya (Polşa) – Silkeborq (Danimarka) 2:2 (1:0)
Spartak (Slovakiya) – Universitatya (Krayova, Rumıniya) 4:3 (0:3)
Dinamo (Tirana, Albaniya) – Hayduk (Xorvatiya) 3:1 (1:2)
Dandi Yunayted (Şotlandiya) – Rapid (Avstriya) 2:2, penaltilər 4:5 (2:2)
Linfild (Şimali İrlandiya) – Vikinqur (Farer adaları) 2:0 (1:2)
Austria (Avstriya) – Banik (Çexiya) 1:1 (3:4)
Eqnatiya (Albaniya) – Olimpiya (Sloveniya) 2:4 (0:0)
Hibernian (Şotlandiya) – Partizan (Serbiya) 2:3 (2:0)
Santa Klara (Portuqaliya) – Larne (Şimali İrlandiya) 0:0 (3:0)
Şemrok Rovers (İrlandiya) – Ballkani (Kosovo) 4:0 (0:1)
Virtus (San Marino) – Milsami (Moldova) 3:0 (2:3)

Избранный
41
36
sportinfo.az

10Источники