RU

"Rusiya və İran Şimal-Cənub strateji dəhlizi üzərində fəal işləyirlər"

Moskva və Tehran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzərində ən fəal işləyirlər.

Banco.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə görüşündə qeyd edib.

"Nəqliyyat logistikasının inkişafı baxımından biz Şimal-Cənub dəhlizinin inkişafı üçün birgə fəal işləyirik. Bu strateji magistral bütün Avrasiya regionunun əlaqəsini təmin edəcək”, - deyə nazir qeyd edib.

Beynəlxalq multimodal Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş 2000-ci ildə Rusiya, Hindistan və İran tərəfindən imzalanıb.

Sonradan iştirakçıların sayı 14-ə çatıb. Layihənin məqsədi Hindistan, İran və Fars körfəzi ölkələrindən Rusiya ərazisindən keçməklə Avropaya tranzit yük axınlarını cəlb etməkdir.  Hazırda layihə ayrı-ayrı dövlətlərin bir neçə müxtəlif nəqliyyat sistemini birləşdirir.

Избранный
15
39
banco.az

10Источники