RU

Kəlbəcər sakini qayadan yıxılaraq ölüb

Kəlbəcər rayonunda bədbəxt hadisə baş verib.

XəzərNews.az xəbər verir ki, hadisə rayonun Rəhimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Rəhimli kənd sakini, 1971-ci il təvəllüdlü U.Verdiyev ehtiyatsızlıqdan qayadan yıxılıb.

O, aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2 dəfə oxunub.
Избранный
69
2
xezernews.az

10Источники