RU

Masallıda evə BASQIN – Saxlanılan var

Masallı rayonunda quldurluq hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, maskalı şəxs yaşayış evinə daxil olaraq ev sahibini hədələyib, pul tələb edib və kəsici alətlə xəsarət yetirib. 

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 31 yaşlı Hikmət Şəmistanlı saxlanılıb.
 

Araşdırmalar zamanı onun bu əməli zərərçəkmişin qohumu, 31 yaşlı Elçin Həsənovla əvvəlcədən razılaşaraq törətdiyi müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Bizim.Media

Избранный
79
bizim.media

1Источники