RU

İyul ayında Qazaxıstanlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-iyul aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 375 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 219 obyekt azdır.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin iyul ayında Qazaxıstan vətəndaşları Türkiyədə 65 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 57 obyekt azdır.

Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyədə 142 min 858 mənzil satın alınıb ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 12,4 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyədə 834 min 754 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin iyul ayında Türkiyədə xarici vətəndaşlara min 913 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azdır.

Eyni ilin yanvar-iyul aylarında əcnəbi vətəndaşlar Türkiyədən 11 min 267 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azdır.

Избранный
49
6
turkic.world

10Источники