RU

Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola salınıb

Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb.

Far.Az report-a istinadən xəbər verir ki, ilkin mərhələdə kəndə 26 ailə (89 nəfər) köçürülür.

Köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, kənddə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) məskunlaşacaq.

Избранный
40
41
far.az

10Источники