Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, görüşün bəzi məqamları diqqətdən yayınmır:

“Əsas müzakirə mövzusu Ukrayna ilə bağlı olacaq, lakin görüşdə Zelenski iştirak etmir. Nəzərə alsaq ki, Ukrayna mövzusunda Rusiya ilə ABŞ-nin mövqeyi üst-üstə düşmür, ona görə kompromis mütləq olacaq. Vaşinqtonda da, Moskvada da bunu bilirlər, əks halda atəşkəsdən və sülhdən söhbət gedə bilməz.
Əsas məsələ də ərazilərlə bağlıdır. Rusiyanın mövqeyi belədir ki, o, işğal etdiyi Ukrayna ərazilərini qaytarmaq istəmir. Bu məsələdə ABŞ-nin fərqli mövqeyi var. Ukrayna isə bildirir ki, bütün işğal olunmuş torpaqlar geri qaytarılmalıdır. Belə olan təqdirdə kompromis o ola bilər ki, Rusiya tutduğu ərazilərin bir qismini qaytarsın. Tramp üçün də bu, çox önəmlidir. Əgər bu münaqişəni də həll edə bilsə, onun Nobel Sülh mükafatının sahibi olacağına daha heç bir şübhə qalmayacaq. Ona görə Tramp sülhün əldə edilməsində son dərəcə maraqlıdır”.
Deputatın sözlərinə görə, istisna deyil ki, görüşdə Cənubi Qafqazdakı proseslər müzakirə edilsin:
“8 avqustda Vaşinqtonda əldə edilən razılaşma müzakirə predmeti ola bilər. Çünki Rusiyanın bu razılaşmaya qısqanclıqla yanaşdığı heç kəsə sirr deyil”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Источники
-
redaktor.azDənizdən ABŞ-a zərbə endirə bilərik -İranlı deputat ( 20429838)
-
globalinfo.azİran 20 ildir bunu planlaşdırırmış: ABŞ üçün qorxunc SSENARİ ( 20429592)
-
axar.azDənizdən ABŞ-a zərbə endirə bilərik - İranlı deputat ( 20429415)
-
referans.azTramp Putinlə görüşdə bu hərəkəti ilə Qərbi açlatdı – Centiloni ( 20423925)
-
globalinfo.azTramp Putinlə görüşdə bu hərəkəti ilə Qərbi açlatdı Centiloni ( 20422392)
-
nocomment.azPolşa XİN başçısı: Avropa Zelenskini müharibəni davam etdirməyə inandıracaq ( 20419557)
-
apa.azPolşa XİN başçısı: Avropa Zelenskini müharibəni davam etdirməyə inandıracaq ( 20416341)
-
unikal.azTramp prezident olsaydı, müharibə olmazdı Putin ( 20393655)
-
demokrat.azBu görüş dönüş nöqtəsi ola bilər Fəzail Ağamalı ( 20379366)
-
demokrat.azTramp və Putin Vaşinqtondakı razılaşmanı müzakirə edə bilər — Deputat ( 20374218)