Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, görüşün bəzi məqamları diqqətdən yayınmır:

“Əsas müzakirə mövzusu Ukrayna ilə bağlı olacaq, lakin görüşdə Zelenski iştirak etmir. Nəzərə alsaq ki, Ukrayna mövzusunda Rusiya ilə ABŞ-nin mövqeyi üst-üstə düşmür, ona görə kompromis mütləq olacaq. Vaşinqtonda da, Moskvada da bunu bilirlər, əks halda atəşkəsdən və sülhdən söhbət gedə bilməz.
Əsas məsələ də ərazilərlə bağlıdır. Rusiyanın mövqeyi belədir ki, o, işğal etdiyi Ukrayna ərazilərini qaytarmaq istəmir. Bu məsələdə ABŞ-nin fərqli mövqeyi var. Ukrayna isə bildirir ki, bütün işğal olunmuş torpaqlar geri qaytarılmalıdır. Belə olan təqdirdə kompromis o ola bilər ki, Rusiya tutduğu ərazilərin bir qismini qaytarsın. Tramp üçün də bu, çox önəmlidir. Əgər bu münaqişəni də həll edə bilsə, onun Nobel Sülh mükafatının sahibi olacağına daha heç bir şübhə qalmayacaq. Ona görə Tramp sülhün əldə edilməsində son dərəcə maraqlıdır”.
Deputatın sözlərinə görə, istisna deyil ki, görüşdə Cənubi Qafqazdakı proseslər müzakirə edilsin:
“8 avqustda Vaşinqtonda əldə edilən razılaşma müzakirə predmeti ola bilər. Çünki Rusiyanın bu razılaşmaya qısqanclıqla yanaşdığı heç kəsə sirr deyil”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Источники
-
news24.azZelenski Vaşinqtondadır ( 20436411)
-
dogru.azZelenski Trampla görüş üçün Vaşinqtona gəldi ( 20441787)
-
news24.azLeyendən Zelenski-Tramp görüşü ərəfəsi açıqlama ( 20433261)
-
oxumeni.azAvropa liderləri: “Təzyiq qurbana deyil, təcavüzkara göstərilməlidir" ( 20440434)
-
baki-xeber.comTramp və Zelenski bu axşam Ağ Evdə görüşəcəklər ( 20440353)
-
turkustan.azZelenski çox ağır seçim qarşısındadır - Səbəb AÇIQLANDI ( 20440026)
-
hurriyyet.azZelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi... ( 20439768)
-
azerbaijan-news.az“İstəklilər Koalisiyası” Ukraynaya qoşun yeritməyə hazır olduğunu bildirib ( 20439690)
-
news24.azZelenski Trampla görüşmək üçün ABŞ-yə yola düşdü ( 20432409)
-
interpress.azZelenski Trampın Krımdan imtina ilə bağlı sözlərinə CAVAB VERDİ ( 20439072)