Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, görüşün bəzi məqamları diqqətdən yayınmır:

“Əsas müzakirə mövzusu Ukrayna ilə bağlı olacaq, lakin görüşdə Zelenski iştirak etmir. Nəzərə alsaq ki, Ukrayna mövzusunda Rusiya ilə ABŞ-nin mövqeyi üst-üstə düşmür, ona görə kompromis mütləq olacaq. Vaşinqtonda da, Moskvada da bunu bilirlər, əks halda atəşkəsdən və sülhdən söhbət gedə bilməz.
Əsas məsələ də ərazilərlə bağlıdır. Rusiyanın mövqeyi belədir ki, o, işğal etdiyi Ukrayna ərazilərini qaytarmaq istəmir. Bu məsələdə ABŞ-nin fərqli mövqeyi var. Ukrayna isə bildirir ki, bütün işğal olunmuş torpaqlar geri qaytarılmalıdır. Belə olan təqdirdə kompromis o ola bilər ki, Rusiya tutduğu ərazilərin bir qismini qaytarsın. Tramp üçün də bu, çox önəmlidir. Əgər bu münaqişəni də həll edə bilsə, onun Nobel Sülh mükafatının sahibi olacağına daha heç bir şübhə qalmayacaq. Ona görə Tramp sülhün əldə edilməsində son dərəcə maraqlıdır”.
Deputatın sözlərinə görə, istisna deyil ki, görüşdə Cənubi Qafqazdakı proseslər müzakirə edilsin:
“8 avqustda Vaşinqtonda əldə edilən razılaşma müzakirə predmeti ola bilər. Çünki Rusiyanın bu razılaşmaya qısqanclıqla yanaşdığı heç kəsə sirr deyil”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Источники
-
news24.azZelenski: Üçtərəfli görüş üçün hazırıq ( 20465214)
-
news24.az"ABŞ Ukraynaya dəstəyi davam etdirəcək" - Tramp ( 20465616)
-
news24.az“Prezident seçkiləri keçirməyə hazıram” - Zelenski ( 20465919)
-
news24.azTramp Zelenski ilə görüşdən dərhal sonra Putinə zəng edəcək ( 20465808)
-
news24.az“Ukrayna NATO-da olmayacaq” - Trampdan açıqlama ( 20466345)
-
news24.azTramp Zelenskinin geyimini təriflədi - VİDEO ( 20466624)
-
qafqazinfo.azTramp üçtərəfli görüş üçün hazırlıqlara - Başladı ( 20470002)
-
oxu.azTramp Putin və Zelenski ilə görüş hazırlıqlarına başlayıb ( 20469744)
-
report.azTramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb ( 20469747)
-
teleqraf.comTramp: Putinlə Zelenskinin görüşünü təşkil etmək üzərində işləyirəm ( 20469702)