ABŞ prezidenti Donald Tramp, Rusiya dövlət başçısı Vladimir Putini Alyaskada keçiriləcək görüş üçün şəxsən qırmızı xalça üzərində qarşılayacaq.
Redaksiya xəbər verir ki, liderlərin görüşü avqustun 15-də, yerli vaxtla saat 11:30-da (AKDT) Alyaskanın Ankoric şəhərində baş tutacağı, Bakı vaxtı ilə bu görüş avqustun 16-da, saat 00:30-da (AZST) gerçəkləşəcəyi gözlənilir. Tədbirin yüksək protokol səviyyəsində təşkil olunacağı, həmçinin iki ölkə arasında müzakirə ediləcək əsas mövzuların gündəmdə olduğu bildirilib.
Siyasi müşahidəçilər Trampın qırmızı xalça ilə qarşılamasını münasibətlərin simvolik jesti kimi dəyərləndirir, lakin görüşdən gözlənilən nəticələrin tərəflərin gələcək dialoquna təsir edəcəyi vurğulanır.
Sevinc Kərimova