RU

İctimai iaşə xidmətləri sektoru 14 faiz böyüyüb

2025-ci ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 faiz artaraq 1495,9 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 757,7 milyon manata çatıb.

Избранный
42
5
vergiler.az

10Источники