RU

BTC ilə neft nəqli 6%-ə yaxın azalıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC)kəməri vasitəsilə 16,2 milyon ton neft ötürülüb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətəntəqribən 1 milyon ton və ya 5,9% azalma deməkdir.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,6 faizini vəya 13,5 milyon tonunu Azərbaycanda hasil edilən neft, 16,4 faizinivə ya 2645,9 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxilolan neft təşkil edib.

Qeyd edək ki, ümumilikdə hesabat dövründə magistral neftkəmərləri ilə 21,5 milyon ton neft nəql edilib. Nəqletmənin 75faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyatakeçirilib.

Избранный
85
40
az.trend.az

10Источники