RU

"Bayern Münhen" "Çelsi" ilə danışıqlara başladı

"Bayern Münhen" "Çelsi"nin hücumçusu Kristofer Nkunkunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb.

Mənbə "zadəganlar" Nkunkunu satmaq variantına isti yanaşdıqlarını, hazırda tərəflərin danışıq apardıqlarını vurğulayıb. Forvardın özünün də Almaniya nəhənginə qoşulmaq istədiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Nkunku ötən mövsüm "Çelsi"nin sıralarında 48 matça çıxaraq 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutlub.

Nihat

Избранный
45
12
fanat.az

10Источники