Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 639,5* kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2,6% artım deməkdir.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 15 109,9 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,6% artım).
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 12 668,6 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-iyun göstəricisindən 0,9% azdır.
Qeyd etmək lazımdır ki, cari birinci yarısında ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.
Azərbaycanda elektrik enerjisinin istehsalı:
Məhsul növləri | 2025-ci ilin yanvar- iyul aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
Elektrik enerjisi, mln. kVt.s | 15 639,5* | 102,6 |
ondan əmtəəlik | 15 109,9 | 102,6 |
istilik elektrik stansiyalarının istehsalı | 12 668,6 | 100,9 |
ondan: tullantıların yandırılmasından alınan elektrik enerjisi | 132,1 | 99,3 |
su elektrik stansiyalarının istehsalı | 2 079,6 | 112,5 |
külək elektrik stansiyalarının istehsalı | 27,5 | 81,4 |
günəş elektrik stansiyalarının istehsalı | 334,2 | 113,1 |