RU

"Alyaska sammiti: Həqiqi sülh şansı, yoxsa diplomatik illüziya?"

"Tramp və Zelenski Putinə siqnal göndərir - ümidlər və şərtlər..."

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin bu gün Alyaskada baş tutacaq mühüm görüşə hazırlaşır. Hər iki tərəfdən yüksək səviyyəli bəyanatlar səslənir, gözləntilər isə böyükdür.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

Ukrayna prezidenti Vladimir Zelenski bu görüşün "real və ədalətli sülhə aparan yol" açacağına ümid etdiyini bildirib, lakin vurğulayıb ki, ilk addımı atmalı olan tərəf Rusiyadır.

Ukraynanın qərar azadlığı və yeni sanksiya xəbərdarlığı

Tramp prezident təyyarəsində jurnalistlərə açıqlamasında bildirib ki, sammitdə "ərazi mübadiləsi" məsələsi müzakirə olunacaq, lakin konkret qərarı yalnız Ukrayna verə bilər: "Mən tərəfləri bir masa ətrafına toplamaq üçün buradayam. Ukrayna özü qərar verməlidir. Biz irəliləyiş əldə etsək, bunu müzakirə edəcəyik".

O, ABŞ və Avropanın Ukraynaya müəyyən təhlükəsizlik zəmanətləri verəcəyini, lakin bunun NATO çətiri altında olmayacağını açıqlayıb. Eyni zamanda xəbərdarlıq edib ki, əgər sülh əldə olunmasa, Rusiyanı "çox ciddi iqtisadi nəticələr" gözləyir.

Tramp Putinin son hərbi zərbələrini "danışıqlarda əlini gücləndirmək cəhdi" kimi qiymətləndirib: "Bəlkə bu onun genlərindədir. O, bunun ona güc verdiyini düşünür, amma əslində zərər vurur".

Cəbhədə müqavimət və üçtərəfli format

Zelenski bildirib ki, Pokrovsk istiqamətində Ukrayna ordusu Rusiya qüvvələrinin möhkəmlənməsinə imkan vermir və təzyiqi artırır. Xüsusilə 79-cu və 82-ci desant-hücum briqadalarının uğurlu əməliyyatlarını vurğulayan dövlət başçısı Donetsk və Zaporojye bölgələrində mövqelərin gücləndirilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.

Prezident Alyaska görüşündə əsas məqsədin ABŞ, Ukrayna və Rusiya liderləri arasında üçtərəfli formatda səmimi dialoq qurmaq olduğunu deyib: "Savaşı bitirməyin vaxtıdır. Addımı Rusiya atmalıdır. Biz hər zamankı kimi maksimum məhsuldar işləməyə hazırıq".

Görüşdən gözləntilər

Kreml sözçüsü Dmitri Peskov bildirib ki, görüşdən sonra heç bir sənəd imzalanmayacaq, razılaşmalar yalnız şifahi ola bilər. Britaniya analitikləri isə düşünür ki, Putin müəyyən şərtlərlə bulanıq vəd verə bilər ki, Tramp bunu "irəliləyiş" kimi təqdim etsin, amma müharibənin gedişi dəyişməsin. Tramp isə qarşı tərəfdən biznes nümayəndələrinin gəlməsini müsbət siqnal sayır, lakin vurğulayır ki, "biznes müharibə bitmədən başlaya bilməz".

Избранный
77
50
moderator.az

10Источники