Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc deyib.
Onun sözlərinə görə, mövcud qanunvericilik bu valyutaları qadağan etmir, lakin onların adı rəsmi olaraq maliyyə sistemində qeyd olunmayıb:
"Hazırda əhali kriptovalyutaları əsasən investisiya və ticarət məqsədi ilə, daha çox Gürcüstan kimi xarici birja platformaları vasitəsilə istifadə edir.Tarixi baxımdan valyuta inkişafı əmək mübadiləsi, pul və elektron ödənişlərdən keçərək kriptovalyutalara qədər uzanır. Lakin Azərbaycanda bu proses digər ölkələrdəki kimi sürətlə getmir, çünki dövlət öz monetar siyasətinə və pul-kredit münasibətlərinə nəzarəti əlindən verməməlidir".
Ekspert bildirib ki, kriptovalyutalar beynəlxalq ödəniş vasitəsi olmaqla, heç bir dövlət tərəfindən tam tənzimlənmir:
"Bu, ölkə iqtisadiyyatına xarici təsirlərin nüfuz etməsi riskini artırır. Ona görə Azərbaycan üçün ehtiyatlı yanaşmaq, bu valyutaları yalnız investisiya və ticarət vasitəsi kimi saxlamaq daha məqsədəuyğundur".
Ekspertin fikrincə, gələcəkdə Azərbaycan monetar və pul-kredit sistemi kriptovalyutaların istifadəsinə qanunla hazır olduqda, bu prosesə start vermək məqsədəuyğun olar:
"Hazırkı şəraitdə isə ölkə iqtisadiyyatının təhlükəsizliyi və xarici təsirlərin qarşısının alınması prioritet olaraq qalmalıdır".
Əfsanə Kamal
Demokrat.az
10Источники
-
sherg.azKriptovalyutaların iqtisadi təsiri hələ şübhəlidir EKSPRT ( 20422650)
-
sherg.azKriptovalyutaların iqtisadi təsiri hələ şübhəlidir - EKSPRT ( 20422611)
-
kulis.azDünyanın ən möhtəşəm tarixi otelləri ( 20419041)
-
azerbaijan-news.azŞərqin ən hündür qüllələrindən biri - Şəmkir minarəsi ( 20417883)
-
kulis.azDövrünün ən çox dinlənilən müğənnisi, 1 milyarddan artıq albomu satılan Rok n roll Kralı ( 20404212)
-
kulis.azDövrünün ən çox dinlənilən müğənnisi, 1 milyarddan artıqalbomu satılan "Rok-n-roll Kralı" ( 20404209)
-
sherg.azHizbullah hələ də təhlükə mənbəyidir RƏY ( 20387367)
-
demokrat.azAzərbaycan kriptovalyutaların istifadəsinə hazırdırmı? ( 20384760)
-
kulis.azTarixi roman janrının banisi Onun Şotlandiyaya bağlılığının səbəbi nə idi? ( 20363865)
-
hit.azAvropada ən yaxşısı: Kapitan zövqlə ziyarət etdiyi şəhəri açıqladı ( 20355084)