Mən bu kənddə doğulmuşam, burada böyümüşəm. Bu gün 16 yaşımda ikən tərk etdiyim doğma kəndimə qayıtmışam. Bu qayıdışı, keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün İbrahim Quliyev deyib.
“Hamı sevinclidir, xoşbəxtdir. Bu günləri bizə yaşadan Prezidentimizə, Ordumuza minnətdaram”, - deyə keçmiş məcburi köçkün bildirib.