RU

Azərbaycan və İraq BMT çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev İraqın təşkilatdakı yeni daimi nümayəndəsi Lukman Feyli ilə görüşüb.

Operativ Media xəbər verir ki, azərbaycanlı diplomat bu barədə "X" hesabında paylaşım edib.

"İraq Respublikasının BMT-dəki yeni daimi nümayəndəsi, səfir Lukman Feylini ofisimizdə qarşılamaqdan, BMT-nin gündəliyinə dair qarşılıqlı maraq doğuran məsələlər və təşkilat çərçivəsində əməkdaşlığımızın inkişafı ilə bağlı fikir mübadiləsi aparmaqdan məmnun oldum", - o bildirib.

Избранный
33
5
operativmedia.az

10Источники