RU

Rusiyada bədbəxt hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb

Rusiyanın Ryazan vilayətində müəssisələrin birində baş verən bədbəxt hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb, daha 120 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Daha dörd nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Yenilənmiş məlumata görə, 129 nəfər xəsarət alıb, onlardan 9 nəfər ölüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işlərini davam etdirir", - məlumatda deyilir.

Hadisə ilə bağlı hələ ki, dəqiq məlumat verilmir.

Избранный
56
28
apa.az

10Источники