RU

Putin Trampla qırmızı xalı üzərində nələr pıçıldaşıb?... ABŞ lideri diktatora “kömək” vəd edib...-EKSPERT-"Daily Mail"

ABŞ prezidenti Donald Tramp və işğalçı Rusiya diktatoru Vladimir Putin  Alyaskada keçirilən görüşün ilk dəqiqələrində - təyyarələrindən enib qırmızı xalı üzərində yeriyərkən nələrsə pıçıldaşıblar. Ankoricdə keçirilən sammit son altı ildə Putin və Trampın görüşüb əl sıxdığı ilk tədbir idi. Kortejə minib danışıqlar otağına getməzdən əvvəl siyasətçilər bir neçə kəlmə danışa biliblər. 
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniyanın "Daily Mail" nəşri bədən dili və jestlər üzrə mütəxəssisdən liderlərin deyilən məqamda tam olaraq nə haqqında pıçıldaya biləcəklərini soruşub.
 
Ekspert bildirib ki, rusiyalı həmkarını qırmızı xalıda gözləyən Donald Tramp müəyyən qədər səbirsizlik nümayiş etdirib.
 
Bütün dünyanın seyr etdiyi görüşlərinin ilk sözü bu olub: “Nəhayət...” Tramp Putinə belə deyib.
 
Liderlər əl sıxan zaman Amerika lideri  həm də Alyaskaya gəldiyi üçün Kreml rəhbərinə minnətdarlığını bildirib.
 
"Gəldiniz, sizi görmək çox xoşdur, minnətdaram", - Tramp deyib.
 
Tramp və Putin bir-birlərinə “kömək edəcəklərinə” söz veriblər
 
"Daily Mail" eksperti onu da müəyyən edib ki, salamlaşma zamanı Putin və Tramp bir-birlərinə “kömək edəcəklərinə” söz veriblər.
 
"Siz də sağ olun. Mən sizə kömək etmək üçün buradayam", - deyə Vladimir Putin bildirib.
 
Tramp bu sözlərə dostcasına cavab verib. Bunun müqabilində o da Putinə “kömək edəcəyini” qeyd edib.
 
"Mən sizə kömək edəcəm", - deyib Tramp.
 
Bundan sonra, ekspertin fikrincə, Putin Trampa “bunu dayandıracağını” (yəqin ki, Rusiya-Ukrayna müharibəsini nəzərdə tutur) bildirib.  Ancaq bu, ondan “ xahiş ediləndə”...
 
"Onlar(yəqin ki, Ukrayna rəhbərliyi-S.L.) sadəcə xahiş etməlidirlər", - deyə Rusiya diktatoru vurğulayıb.
 
Tramp və Putin “köhnə dostlar kimi” görüşdü...
 
Eyni zamanda, digər ekspertlər Alyaskada keçirilən görüşdə hər iki liderin jestləri və bədən dilinə diqqət çəkiblər. Belə ki, "Reuters" agentliyi yazır ki, Tramp və Putin bir-birini “köhnə dostlar kimi” salamlayıblar. Nəşr görüşün özünü "isti" adlandırıb.
 
"CNN" bunun əvəzinə sammitdəki bədən dilinin "soyuqluqdan başqa hər şey" ifadə etdiyini hesab edir.
 
Xəbərdə xatırladılır ki, “The Guardian” Ağ Evin video-görüntülərin Alyaskada Trampın Putini əl şalaraq alqışladığı hissələrini kəsdiyini yazıb.
 
Mətbuat Putinin görüşə Putinlə danışıqlar aparmaq üçün tarixi sənədlər və xəritələr gətirdiyini də bildirib.
Избранный
25
50
moderator.az

10Источники