RU

Bölgələrdə yağışlı hava 17-dək davam edəcək

Azərbaycan ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub. Dominos pizza

Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin avqustun 17-si axşamadək davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Избранный
61
25
yenisabah.az

10Источники