RU

Ukrayna məsələsi tamamilə bitə bilər: Qırıcılar havada Putinin təyyarəsinin yanında VİDEO

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ və Rusiya arasında ikinci sammit Ukraynada atəşkəsə və hətta davamlı sülhə gətirib çıxara bilər.

Ölkə.Az xəbər verir ki, bu barədə Donald Trampa yaxın mənbəyə istinadən "Fox News"a bildirib. 

Qeyd edilib ki, ikinci görüşün məsələni yekunlaşdırmağa imkan verəcəyinə dair böyük nikbinlik var.

Maraqlıdır ki, Alyaskadan Rusiyaya gedən Putinin təyyarəsini ABŞ-yə məxsus F-22 qırıcıları müşayiət edib. Bundan öncə Rusiyalı liderinə qırıcıların şousu ilə qarşılanması ona verilən mesaj kimi yozulurdu. 

Xatırladaq ki, prezidentlərin mətbuat konfransı zamanı Putin Donald Trampı Moskvaya səfərə dəvət edib. "Yəqin ki, məni qınayacaqlar, amma düşünürəm ki, bu tamamilə mümkündür", - deyə Tramp cavab verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
20
olke.az

10Источники