RU

Cəlilabadda FACİƏ: qadın qaynı tərəfindən qətlə yetirildi

Bu gün Cəlilabadda qətl hadisəsi baş verib, 62 yaşlı qadın öldürülüb.

Busaat.az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovadır. Qadının qaynı Təhmasib Tərxan oğlu Əliyev tərəfindən qətlə yetirildiyi deyilir.

Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

10:40

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Busaat.az xəbər verir ki, hadisə rayonunun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini olan ortayaşlı qadın qətlə yetirilib. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
82
44
busaat.az

10Источники