RU

Bundesever çox sayda “Skyranger” HHM sistemi ala bilər

“Rheinmetall” şirkəti bu ilin sonuna qədər Bundeseverdən (Almaniya Silahlı Qüvvələri) əlavə “Skyranger” hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün 6-8 milyard avro (7-9 milyard ABŞ dolları) dəyərində sifariş almağı gözləyir.

“Poliqon” “Defence Blog”a istinadən xəbər verir ki, bu barədə “Rheinmetall”ın baş direktoru Armin Papperger bildirib.

Dəqiq sayları açıqlamaqdan imtina edən A.Papperger, bunu Almaniya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmalarla əsaslandırıb: “Biz təhlükəsizlik səbəbindən saylar haqqında danışmayacağıq. Çatdırılmaların 2035-ci ilə qədər tamamlanması nəzərdə tutulur və satınalma iki dövrə bölünəcək – indidən 2029-cu ilə qədər və 2029-cu ildən 2035-ci ilə qədər. Bunlar hökumətin planlaşdırdığı iki dövrdür”.

“Hartpunkt” nəşri də qeyd edib ki, Bundesever yerüstü hava hücumundan müdafiə imkanlarını geniş şəkildə artırmağı planlaşdırır. Etibarlı mənbələrdən nəşrə verilən məlumata görə, yalnız ən aşağı səviyyəli müdafiə qatına olan tələbat bütün qoşun növlərində 500-600 “Skyranger” HHM sisteminə çata bilər. Sözügedən HHM sisteminin bir ədədinin qiyməti əsasında aparılan hesablamalar “Rheinmetall”ın proqnozlaşdırdığı müqavilə dəyərinə uyğun gəlir. Bu isə Bundesverin 6-8 milyard avro dəyərində 500-600 ədəd “Skyranger” HHM sistemi satın almağı planlaşdırdığını göstərir.

Избранный
24
1
poliqon.az

2Источники