Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda görüşməyi planlaşdırdığını açıqlayıb.
Aznews.az xəbər verir ki, bu barədə Zelenski Tramp və Avropa liderləri ilə telefon danışığından sonra "Telegram" kanalında yazıb: "Bazar ertəsi Vaşinqtonda Prezident Trampla münaqişəyə son qoymağın bütün detallarını müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram".
Zelenski əlavə edib ki, söhbət saat yarım davam edib və mənalı olub. Onun sözlərinə görə, Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların əsas məqamlarını açıqlayıb.