RU

Tramp və Putin üçün nəzərdə tutulan nahar ləğv olunub

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilməsi nəzərdə tutulan nahar ləğv edilib.

"Cebheinfo.az" xəbər verir ki, Alyaskanin Ankoric şəhərində keçirilən zirvə təxminən 3 saatdan sonra başa çatıb.Görüş başa çatdıqdan sonra ABŞ və Rusiya heyətləri arasında keçirilməsi nəzərdə tutulan nahar ləğv olunub.

Putin ölkəsinə qayıtmaq üçün təyyarəyə minərkən, Tramp da Vaşinqtona yola düşmək üçün “Air Force One” təyyarəsinə keçib.“3+3” formatında keçirilən görüşdə Trampa ABŞ Dövlət katibi Marko Rubio və Yaxın Şərq üzrə Xüsusi Nümayəndə Stiv Vitkoff müşayiət edib, Putinin heyətində isə Rusiya xarici işlər naziri Sergey Lavrov və Kremlin xarici siyasət üzrə müşaviri Yuriy Uşakov yer alıb.

Görüşdən sonra şəhərdəki Elmendorf–Richardson bazasında keçirilən ortaq mətbuat konfransında çıxış edən Tramp, danışıqlarda mühüm irəliləyişlər əldə olunduğunu, lakin yekun razılaşmaya varılmadığını bildirib:

“Hələ tam olaraq razılaşa bilmədiyimiz bir neçə mühüm məsələ var, ancaq müəyyən irəliləyişlər əldə etmişik. Razılaşma əldə olunana qədər yekun razılaşma yoxdur”.

Избранный
85
50
cebheinfo.az

10Источники