Avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.Havanın temperaturu gecə 21-24, gündüz 27-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, axşama doğru tədricən kəsiləcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 19-23, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.