RU

Ankaranın səbri tükənir: Türkiyə ordusu onlara qarşı hərbi əməliyyata başlaya bilər

Türkiyənin Suriya ilə imzaladığı hərbi əməkdaşlıq memorandumu İsrail mətbuatında geniş müzakirələrə səbəb olub. İsrail mediası yazır ki, Ankara SDQ-nin separatçı fəaliyyətlərinə qarşı səbrini itirir və lazım gələrsə, əməliyyat keçirmək hüququnu özündə saxlayır.

Ulusal.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi mənbələrinin açıqlamasına görə, PKK/YPG terror təşkilatının “SDQ” adı altında Dəməşq hökuməti ilə imzaladığı müqavilənin şərtləri yerinə yetirilməyib.

Nazirlik bildirib ki, SDQ Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü pozmaq cəhdlərini davam etdirir.

Bu səbəbdən Türkiyə və Suriya arasında Birgə Təlim və Məsləhət Anlaşma Memorandumu imzalanıb. Sənəd hərbi təlimlərin koordinasiyası, məsləhətləşmələr, məlumat və təcrübə mübadiləsi, həmçinin müdafiə sahəsində texniki dəstəyin təmin olunmasını nəzərdə tutur.

İsrailin “The Times of Israel” nəşri yazır ki, Ankara SDQ-nin mart ayında əldə edilmiş razılaşmaya əməl etməməsindən narahatdır və hər an hərbi əməliyyat variantını gündəmə gətirə bilər.publika.az

Избранный
42
1
moderator.az

2Источники