Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian 18 avqustda Ermənistana vəBelarusa səfər edəcək.
Trend-inməlumatına görə, bu barədə İran prezidentinin siyasi məsələlər üzrəmüşaviri Mehdi Sənayi “X” platformasındakı hesabında paylaşımedib.
Onun sözlərinə görə, 2 günlük səfərin məqsədi ikitərəflimünasibətlərin inkişaf etdirilməsi və ticarət sahəsində sənədlərinimzalanmasıdır.
Sənayi İran prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatına üzvdövlətlərin dövlət başçılarının Çində keçiriləcək sammitinə dəvətedildiyini bildirib.