RU

Azad olunmuş ərazilərdə aqroturizmin inkişafı üçün görülən işlər açıqlanıb

Bakı.Trend:

İşğaldan azad olunmuş ərazilərdə aqroturizmin inkişafı üçünilkin qiymətləndirmələr aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət TurizmAgentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, bölgənin təbii resursları və mədəniirsi aqroturizm üçün əlverişli şərait yaradır. Qarabağ və ŞərqiZəngəzur ərazisində bir çox iri fermer təsərüffatları olsa da,hazırda ixtisaslaşmış aqroturizm fəaliyyəti mövcud deyil.

Həmçinin qeyd edilib ki,işğaldan azad edilən bölgələrdə turizmininkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birikimi müəyyən edilib:

“Bu ərazilər özünün zəngin təbii sərvətləri, əlverişli iqlimşəraiti, bol su ehtiyatları, tarixi-mədəni irsi və mənzərəlirelyefi ilə ölkə turizminin mühüm inkişaf zonası hesab olunur".

"Turizm potensialı baxımından seçilən əsas bölgələrdən biri olanŞuşa şəhəri, ölkənin mədəniyyət paytaxtı kimi qədim tarixiabidələri, muzeyləri və geniş turizm infrastrukturu ilə fərqlənir.Şəhərin beynəlxalq səviyyəli festivalların və irimiqyaslı turizmtədbirlərinin keçirilməsi üçün baza rolunu oynaması nəzərdətutulur. Laçın rayonu, meşəlik və dağlıq relyefi sayəsində dağturizmi üçün əlverişli imkanlara malikdir. Rayonda ekoturizmmarşrutlarının və yay istirahət mərkəzlərinin yaradılmasıplanlaşdırılır. Kəlbəcər rayonu isə mineral su ehtiyatları,müalicəvi iqlimi və dağlıq təbiəti ilə sağlamlıq və qış turizminininkişafı baxımından yüksək potensiala malikdir. Zəngilan və Qubadlırayonları, Araz çayı boyunca uzanan landşaftları və zəngin biolojimüxtəlifliyi ilə ekoturizm və aqroturizmin təşkili üçün əlverişlihesab olunur. Füzuli və Cəbrayıl rayonları da tarixi abidələri,qədim yaşayış məskənləri və su ehtiyatları ilə turizm fəaliyyətiningenişləndirilməsi üçün perspektivli ərazilərdir”-məlumatda qeydolunub

Избранный
57
2
az.trend.az

3Источники