RU

Tramp Putinlə danışıqları ətraflı şərh etdi: Bu qənaətə gəliblər

ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən ABŞ-Rusiya sammitinin son dərəcə uğurlu və gözəl keçdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Alyaskada böyük və çox uğurlu gün! Rusiya prezidenti Vladimir Putinlə görüş çox yaxşı keçdi. Potensial olaraq milyonlarla insanın həyatını xilas etmək mümkün olacaq", - Ağ Ev rəhbəri qeyd edib.

O, həmçinin bəyan edib ki, tərəflər müvəqqəti atəşkəs tətbiq etməkdənsə, münaqişəyə son qoymağın zəruri olduğu qənaətinə gəliblər.

Избранный
51
50
publika.az

10Источники