RU

Tusk: Avropa liderləri Alyaskadakı görüşün nəticələri ilə bağlı birgə bəyanat hazırlayıblar

Avropa liderləri ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin Alyaskada keçirilən danışıqlarının nəticələrinə həsr olunmuş birgə bəyanat hazırlayıblar.

Operativ Media  xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “X” hesabında yazıb.

"Avropa liderləri ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi məlumat əsasında Alyaskadakı görüşün nəticələrinin müzakirəsini başa çatdırıblar. Fransa, Almaniya, Böyük Britaniya və İtaliya liderləri ilə birlikdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də fikrini dinlədik və birgə bəyanat hazırladıq", - o bildirib.

Lakin Tusk birgə bəyanatda nədən bəhs edildiyini açıqlamayıb.

Избранный
17
50
operativmedia.az

10Источники