16.08.2025-ci il tarixində saat 07:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi cinsli) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
1990-cı il təvəllüdlü şəxsə bədən səthinin 75 faizinin termiki alov yanığı diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən şəxs özəl tibb müəssisəsinə təxliyə olunub", - məlumatda deyilir.