RU

“Velosiped Hər Kəs Üçün!” layihəsinin final günü keçirildi – Qaliblər məlum oldu

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə Kiçik Qrant Müsabiqəsi çərçivəsində Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Velosiped Hər Kəs Üçün!” layihəsi yekunlaşıb.

Avqustun 10-da Respublika Velotrekində təşkil olunan möhtəşəm final yarışında müxtəlif kateqoriyalar üzrə idmançılar güclərini sınayıblar.

Tədbirin açılışında təşkilatın sədri, layihə rəhbəri Amid Həsənquliyev çıxış edərək iştirakçılara və dəstəkçi qurumlara təşəkkürünü bildirib. Daha sonra Baş Katib Xəqani Məmmədov yarış qaydaları barədə ətraflı məlumat verib.

Yarışlara start verildikdən sonra iştirakçılar beş kateqoriya üzrə mübarizə aparıblar:

  • Klassik velosiped istifadəçiləri

  • Velosiped qorxusu olan şəxslər

  • Yaşlılar

  • Əlilliyi olan uşaqlar

  • Əlilliyi olan gənclər

Yarışlara Respublika Olimpiya Velosiped Məktəbinin məşqçiləri Fuad ƏliyevXəyal Zalıyev hakimlik ediblər.

Sonda hər kateqoriya üzrə I, II, III və IV yerlərin qalibləri mükafatlandırılıb, bütün iştirakçılara isə sertifikatlar və simvolik hədiyyələr təqdim olunub.

Bu layihə bir daha təsdiqlədi ki, idman hər kəs üçün əlçatandır – yaşından, imkanlarından və təcrübəsindən asılı olmayaraq!

Избранный
47
24
qht.az

10Источники