RU

“Tramp Zelenskiyə deyib ki, Putin bütün Donbası istəyir” – “Bloomberg”


“ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətində ona deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna qoşunlarının Donbassın bütün ərazisindən çıxarılmasını tələb edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Eyni zamanda agentliyin məlumatına görə, Tramp vurğulayıb ki, Ukrayna öz ərazisi ilə nə edəcəyinə özü qərar verməlidir.
Nəşrin mənbəsi onu da bildirib ki, Avropa tezliklə sülh sazişi bağlamaq istəyən Trampın Zelenskiyə ərazi güzəştləri etməsi üçün təzyiq göstərəcəyindən narahatdır.
Trampla telefon danışığından sonra Zelenski avqustun 18-də Ağ Evdə ABŞ prezidenti ilə görüşəcəyini bildirib.
Putinlə danışıqlardan və Zelenski və Avropa liderlərinə edilən zəngdən sonra Tramp sosial şəbəkəsində yazıb ki, hamı eyni nəticəyə gəlib ki, müharibəni bitirməyin ən yaxşı yolu dərhal tam hüquqlu sülh sazişi bağlamaq və müvəqqəti atəşkəslə razılaşmamaqdır. “Wall Street Journal” avqustun 8-də mənbələrə istinadən yazıb ki, Ukrayna Donetsk vilayətindən qoşunlarını çıxararsa, Vladimir Putin atəşkəsə razılaşmağa hazırdır. Digər rayonlarda cəbhə xətti donmuş olacaq.
Избранный
39
50
yeniavaz.com

10Источники