Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun sonunda Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyi gözlənilir.
Bu barədə Rusiya KİV-ləri türkiyəli diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Böyük ehtimalla, prezident iştirak edəcək", - o bildirib.
Qeyd edək ki, ŞƏT sammiti 31 avqust - 1 sentyabr tarixlərində Yantszində keçiriləcək.