RU

Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt şəhərində oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vaxtlarda evlərdən məişət əşyaları, su qızdırıcı və təmir alətlərini talayıblar.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş 37 yaşlı Ş.Əhmədov və 36 yaşlı M.Ağayev müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Избранный
61
12
unikal.az

10Источники