Misli Premyer Liqasında 1-ci turun qarşılaşmaları keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk matçında debütant "İmişli" "Turan Tovuz"u qəbul edib. Görüş Şamaxıda baş tutub və Tovuz təmsilçisinin 0:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "İmişli" mövsümə portuqaliyalı mütəxəssis Xorxe Kaskilyanın rəhbərliyi altında başlayır. Onlar bu yay heyətini 12 futbolçu ilə gücləndirib.

"Turan Tovuz" isə Kurban Berdıyevin başçılığında 2-ci ilinə başlayır. Ötən mövsümü 4-cü yerdə başa vuran qərb təmsilçisi bu il daha uğurlu olmağa çalışır.

Misli Premyer Liqası, 1-ci tur

16 avqust (şənbə)

17:00. “İmişli” - “Turan Tovuz” 0:1

Qol: Filip Ozobiç, 90+9.

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov

VAR: Tural Qurbanov

AVAR: Eyyub İbrahimov

Şamaxı şəhər stadionu

Komandaların heyətləri məlum olub:

“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 3. Tuncay Cəfərli, 94. Rafael Vieqas, 14. Ronaldo Rodriqes, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Junior

Baş məşqçi: Xorxe Kaskilya

“Turan Tovuz”: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza

Baş məşqçi: Kurban Berdıyev